"Əsas məsələlərdən diqqətimizi yayındıra bilməyəcəklər!"...
“Bu qoçla çarpışan şəxs mən deyiləm. 2014-cü ildən zaman-zaman bu videonu dövriyyə buraxırlar. Video Çində çəkilib, həmin şəxs də uyğur dilində danışır…”
PİA.az-ın xəbərinə görə, bunu “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev bildirib.
“Məsələ ondadır ki, rəqiblərin və düşmənlərin əlində heç bir arqument yoxdur. Ya Şuşada yeyib-içmək ittihamı, ya da hansısa uyğurun qoyunla çarpışması… Çətin zamanda yaşayırıq, cılız insanlar hakimiyyətin mərtəbələrində yer alıb, fitnə-fəsaddan da əl çəkmirlər. Amma biz öz işimizin başındayıq və əsas məsələlərdən diqqətimizi yayındıra bilməyəcəklər!” – E.Fətullayev qeyd edib.
pia.az